Çində kağız fabrikində 7 nəfər qazdan zəhərlənərək öldü

Fevralın 15-də gecə saatlarında Çinin cənubunda yerləşən Quandun əyalətindəki kağız fabrikində qazla zəhərlənmə nəticəsində azı 7 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

Çinin mərkəzi televiziyası bu barədə xəbər yaydı.

Xəbərdə deyilir ki, insident “Shuangzhou Paper” kompaniyasına məxsus müəssisədə baş verib. Təhqiqat nəticəsində məlum olub ki, fabrikin 9 əməkdaşı çirkab sularını tənzimləyən çəndə bağlı vəziyyətdə qalıb. Həmin şəxslərin hansı səbəbdən orada qaldıqları hələlik aydınlaşmayıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər zərərçəkənləri çəndən sağ çıxararaq xəstəxanaya göndərə biliblər. Lakin həkimlərin səylərinə baxmayaraq, onlardan 7-sinin həyatını xilas etmək mümkün olmayıb.

Әlaqәli Xәbәrlәr