Mayk Pens Federika Moqerini ilә görüşüb

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo)  Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Federika Moqerini (Federica Mogherini) ilә görüşüb.

1146104
Mayk Pens Federika Moqerini ilә görüşüb

 

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo)  Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Federika Moqerini (Federica Mogherini) ilә görüşüb.

Federika Moqerininin ofisindәn verilәn mәlumata әsasәn, tәrәflәr Amerika Birlәşmiş Ştatları ilә Avropa İttifaqı arasındakı transatlantik әmәkdaşlığı müzakirә ediblәr.

Mәlumatda görüşdә  Venesuelada demokratik dəyişiklik, Suriya və Əfqanıstanda siyasi həll, Ukrayna, Qәrbi Balkanlar vә  Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi  mәsәlәlәrinin müzakirә olunduğu qeyd edilib.

Mәlumatda qeyd olunub ki, Federika Moqerini ilә Mayk Pompeo bu mәsәlәlәr ilә bağlı görüşlәrini davam etdirәcәk.

Görüşdә İran mәsәlәsinin müzakirә  olunmaması  diqqәt çәkib.

ABŞ-ın rәhbәrliyi altında Polşada keçirilәn Yaxın Şәrqlә bağlı konfransa qatılmayan Moqerini dünәn verdiyi bәyanatda deyib: ‘‘ABŞ ilә İran nüvә sazişi mәsәlәsindә hәmfikir deyilik’’.  

Varşavada çıxış edәn  ABŞ-ın  vitse-prezidenti Mayk Pens  (Mike Pence)  isə  Avropa İttifaqını  Vaşinqton rəhbərliyinin İrana qarşı sanksiyalarını pozmağa  çalışmaqla ittiham etmişdi.



Әlaqәli Xәbәrlәr