"İrana iqtisadi təzyiqi göstərmək üçün bizə qoşulmağın vaxtıdır", M.Pens

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens (Mike Pence) Avropa ölkələrinə İranla 2015-ci il nüvə müqaviləsindən geri çəkilməyə çağırıb.

1145728
"İrana iqtisadi təzyiqi göstərmək üçün bizə qoşulmağın vaxtıdır", M.Pens

  Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens (Mike Pence) Avropa ölkələrinə İranla 2015-ci il nüvə müqaviləsindən geri çəkilməyə çağırıb.

  Polşada ABŞ-ın başçılığı ilə keçirilən Orta Şərq konfransında iştirak edən M.Penc İrandan neft alışını azaldaraq ABŞ sanksiyalarına uyğun hərəkətdən bəhs edib, Avropanın bu məsələdə qeyri-kafi qaldığını bildirərək deyib: 

  “Təəssüf ki, avropalı tərəfdaşlarımızdan bəziləri az qala heç bizə qatılmır. Hətta sanksiyaları pozacaq mexanizmlər yaratmaqla məşğuldurlar. Bu isə İranı gücləndirəcək, Avropa İttifaqını zəiflədəcək, Avropa ilə ABŞ arasındakı məsafəni daha da açacaq səhv bir addımdır.

  Avropaya İranla nüvə müqaviləsindən hamılıqla birlikdə geri çəkilməyə çağırıram.  

  İran xalqına, bölgəyə və dünyaya azadlıq, sülh və təhlükəsizliyi bəxş etmək, lazımi diplomatik və iqtisadi təzyiqi göstərmək üçün bizə qoşulmağın vaxtıdır".

  Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç (Jacek Czaputowicz) isə Avropa İttifaqının bu gün İranın Orta Şərqdə mənfi rol oynadığına dair ABŞ ilə eyni fikirdə olduğunu, amma tətbiqlərlə bağlı fərqli düşündüyünü söyləyib.

  Avropada bir çox ölkə ABŞ-ın keçən il geri çəkilməsinə baxmayaraq, İranla 2015-ci il nüvə sazişini qoruyub saxlamağa çalışır.



Әlaqәli Xәbәrlәr