ABŞ Liviyadakı gərginlikdən narahatdır

Amerika Birləşmiş Ştatları Liviyanın cənubundakı gərginliyin və bölgədəki neft sahəsinin bağlanaraq xalqın həyati əhəmiyyət kəsb edən iqtisadi resurslardan məhrum edilməsinin narahatverici olduğunu  bildirdi.

1145846
ABŞ Liviyadakı gərginlikdən narahatdır

 ABŞ Dövlət Departamenti sözçüsünün müavini Robert Palladino Liviyanın cənubunda baş verən hadisələrə dair yazılı bəyanat verdi.
 
Palladino bəyanatda Liviya Milli Neft Qurumunun işçilərinin təhlükəsizliyinin təminat altına alınması üçün bütün tərəflərə müraciət etdi, bölgədəki "Şerare" neft sahəsindəki işlərin Liviya xalqının mənfəətləri naminə tezliklə bərpa olunmasının vacib olduğunu bildirdi.
 
 Liviyanın neft və neft məhsullarından əldə etdiyi gəlirin ölkə xalqına aid olduğunu vurğulayan Palladino bəyanatda bunları qeyd etdi: "ABŞ Liviyanın cənubunda yaranan gərginliyə və bölgədəki neft sahəsinin bağlanaraq Liviya xalqının həyati əhəmiyyət kəsb edən iqtisadi resurslardan məhrum edilməsinə görə narahatdır. Liviya Milli Neft Qurumuna işini maneəsiz bir şəkildə davam etdirməyə icazə verilməlidir və ölkənin bu həyati mənbələri BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Liviya Milli Neft Qurumunun və Milli Razılaşma Hökumətinin nəzarətində qalmlıdır".
 
 Dövlət Departamenti sözçüsünün müavini ABŞ-ın Liviyanın cənubunda DEAŞ və Əl-Qaidənin güclənməməsi üçün göstərilən səyləri razılıqla qarşıladığını və Milli Razılaşma Hökumətinin müraciəti ilə terrorçu qruplara  təzyiq göstərməyə davam edəcəyini də ifadə etdi.



Әlaqәli Xәbәrlәr