"ABŞ insan haqları pozuntularını hər yerdə dilə gətirir", M.Pompeo

ABŞ-ın Dövlət katibi Mayk Pompeo insan haqları mövzusunda İranı sərt şəkildə tənqid edən ölkəsinin Səudiyyə Ərəbistanı nə üçün tənqid etmədiyi sualının “çox gülünc” olduğunu söyləyib.

1145805
"ABŞ insan haqları pozuntularını hər yerdə dilə gətirir", M.Pompeo

ABŞ  Dövlət katibi Mayk Pompeo insan haqları mövzusunda İranı sərt şəkildə tənqid edən ölkəsinin Səudiyyə Ərəbistanı nə üçün tənqid etmədiyi sualının “çox gülünc” olduğunu söyləyib.

Pompeo Orta Şərqə səfərindən əvvəl ölkəsinin “CBS News” xəbər kanalına verdiyi müsahibədə Orta Şərqdəki vəziyyətlə bağlı açıqlama verib.

Müsahibə zamanı İranın Orta Şərqdəki siyasətlərini və insan haqları pozuntularını sərt şəkildə tənqid edən Pompeoya Səudiyyə Ərəbistanı və səudiyyəli jurnalist Camal Xaşoqçi cinayətilə əlaqədar sual verilib.

Bu sualın “çox axmaq” olduğunu deyən Pompeo ABŞ-ın insan haqları pozuntularını hər yerdə dilə gətirdiyini vurğulayıb.

Pompeo Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın cinayətə daxil olduğu barədəki hesabatlara baxmayaraq prezident Trampın Səudiyyə Ərəbistanını tənqid etmədiyi xatırladıldıqda isə belə cavab verib: “Bu gülünc bir sualdır. Belə media qurumları davamlı bunu dilə gətirir. Xaşoqçi cinayəti qəbul edilməz bir cinayətdir. ABŞ xalqı və idarəsi bunu qəbul edir, amma Səudiyyə Ərəbistanı ilə əhəmiyyətli əlaqələrimiz var və bunu davam etdirməkdə qətiyyətliyik”.

Pompeo ayrıca sabiq rəhbəri olduğu Milli Kəşfiyyat İdarəsinin Salmanın cinayətə daxil olduğu barədəki hesabatlara özünün inanıb inanmadığı sualı qarşısında isə sualı verən Roksana Saberini ölkəsinə pislik etməkdə günahlandırıb.



Әlaqәli Xәbәrlәr