ABŞ-ın yeni Ədliyyə naziri məlum oldu

Amerika Birləşmiş Ştatları Senatının üzvləri Uilyam Barrı  (William Barrt) Ədliyyə naziri postuna təsdiq etdilər.

1145788
ABŞ-ın yeni Ədliyyə naziri məlum oldu

Amerika Birləşmiş Ştatları Senatının üzvləri Uilyam Barrı  (William Barrt) Ədliyyə naziri postuna təsdiq etdilər.
 
Barrın bu vəzifəyə namizədliyini ölkə prezidenti Donald Tramp 2018-ci ildə  Cef Seşns (Jeff Sessions) Ədiyyə naziri vəzifəsində getdikdən sonra irəli sürmüşdü.

Senatdakı səsvermədə Barrın namizədliyinin lehinə 45, əleyhinə 54 senator səs verdi.

Beləliklə,Uilyam Barr Amerika Birləşmiş Ştatlarının 85-ci Ədliyyə naziri oldu.

   ABŞ-ın 41-ci prezidenti Corc Buş (George H. W. Bush) dövründə də eyni vəzifəni icra edən Barrın namizədliyi demokratlar tərəfindən qəbul edilməmişdi.  Səbəb kimi Rusiyanın kiber hücumla ABŞ-dakı prezident seçkilərinə müdaxilə etdiyi iddiasıyla açılan və xüsusi səlahiyyətli prokuror Robert Müllerin (Robert Mueller) nəzarətində aparılan təhqiqata mane olacağı göstərilmişdi.
 
 Barr isə Müllerə nəzarət etdiyi bu təhqiqatı başa çatdırmağa imkan yaradacağını, Trampın Müllerin yekun hesabatını düzəltməsinə icazə verməyəcəyini və aşkar edilən dəlilləri qanunlara uyğun şəkildə xalqa açıqlayacağını bildirmişdi.



Әlaqәli Xәbәrlәr