Putin İrana təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin İrana Suriya böhranının həllinə töhfə verdiyi üçün təşəkkür etdi.

1145444
Putin İrana təşəkkür etdi

Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən dördüncü üçtərəfli zirvə toplantısı çərçivəsində İran ilə keçirilən heyətlərarası görüşdən əvvəl çıxış etdi.
 
Dövlət başçısı ölkəsi ilə İran arasındakı əməkdaşlığın son dövrdə artmağa davam etdiyini qeyd edərək: "İrana Suriya böhranının həllinə verdiyi töhfəyə görə təşəkkür edirik. Birlikdə Suriya böhranının həlli üçün çalışırıq, lakin qproblemlərin hamısı həll edilməyib" deyə danışdı.
 
 İran ilə birgə nüvə layihələri hazırlıqlarının da davam etdiyini bildirən Putin:"Ümid edirəm ki, bugünkü toplantımız ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirəcək" dedi.
 
Rusiya prezidenti İranda baş verən terror hücumu ilə bağlı başsağlığı verdi.



Әlaqәli Xәbәrlәr