Nikolas Maduro: "Bütün dünyadan həmrəylik gözləyirəm"

Venesuelanın dövlət başçısı Nikolas Maduro Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ölkəsini yenə hərbi müdaxilə ilə hədələdiyini bildirərək: "Bütün dünyadan həmrəylik gözləyirəm" dedi.

1144881
Nikolas Maduro: "Bütün dünyadan həmrəylik gözləyirəm"

Venesuelanın dövlət başçısı Nikolas Maduro Paytaxt Karacasdakı Prezident Sarayı "Miraflores"də prezident köməkçisi Delsi Rodriges (Delcy Rodriguez), Kənd Təsərrüfatı və Torpaq naziri Uilmar Kastro Soteldo (Wilmar Castro Soteldo) ilə birlikdə ölkənin müxtəlif regionlarındakı kənd təsərrüfatı və heyvandarlıq layihələrinə canlı bağlantılarla nəzarət edərkən  gündəliyə dair bəyanatlar verdi.
 
 Maduro Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Venesuelada hərbi həll ehtimalı ilə bağlı verilən suala: "Bir sıra həll təklifi vardır. Bütün variantları nəzərdən keçiririk" cavabına reaksiya göstərərək: "ABŞ prezidenti Venesuelanı yenə hərbi müdaxilə ilə hədələdi. Bütün dünyadan həmrəylik gözləyirəm" ifadəsini işlətdi.
 
Venesuela prezidenti ABŞ-ın Venesuelaya nəzarət etmək cəhdi qarşısında xalqın tarixi bir qəhrəmanlıqla müqavimət göstərdiyini dilə gətirdi, nə olursa-olsun, Venesuelaya hörmət göstərilməsinə nail olacaqlarını söylədi.
 
 Nikolas Maduro: "Biz heç kimin köləsi, dilənçisi, xidmətçisi deyilik. Biz azad qadın və kişilərik. İçimizdə gəzdirdiyimiz bu ləyaqət hissi bizim ən böyük şövqümüz və məmnuniyyətimizdir" dedi.



Әlaqәli Xәbәrlәr