Çin-ABŞ arasında ticarət danışıqlarına start verildi

Çin və ABŞ-ın yeni ticarət danışıqlarına paytaxt Pekində start verilib.

1144936
Çin-ABŞ arasında ticarət danışıqlarına start verildi

Çin xəbər agentliyi Şinhuanın xəbərinə görə ABŞ Maliyyə naziri Steven Mnuchin və Ticarət üzrə nümayəndə Robert Lighthizer ilə Çin Mərkəzi Maliyyə və İqtisadiyyat Xidmətləri Ofisinin direktoru və Baş nazir müavini Liu Hı-nin başçılığındakı heyətlər Pekində ticarət müzakirələrinə başlayıblar.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq yığıncaq əvvəlində mətbuata verdiyi açıqlamada müzakirələrdən hər iki tərəfin maraqları ilə üst-üstə gələcək nəticə əldə ediləcəyinə inamını vurğulayıb.

Çin və ABŞ nümayəndə heyətlərinin Fevralın ilk həftəsində Vaşinqtonda baş tutan danışıqları zamanı, ABŞ prezidenti Donald Tramp, Çin ilə ticarət razılaşması imzalamaqda hazır olduqlarını qeyd etmişdi. Ancaq bunun realaşa bilməsi üçün Çinin bazarlarını maliyyə xidmətlərə, istehsalçılara, fermərlərə və ölkəsinin digər şirkətlərinə açmasının lazım gəldiyini irəli sürmüşdü.

Çinin Baş nazir müavini Liu də Çindən gündə 5 milyon ton paxla satın alacaqlarını bildirmişdi.



Әlaqәli Xәbәrlәr