Filippinin adı Maharlika olaraq dəyişdiriləcək
Filippin mətbuatında yer alan xəbərlərə görə...

Filippin dövlət başçısı Rodriqo Duterte ölkəsinin adını Maharlika olaraq dəyişdirmək fikrini irəli sürüb.
Filippin mətbuatında yer alan xəbərlərə görə, R.Duterte bir zaman İspaniya koloniyası ikən II Filippin (Felipe) adının verildiyi ölkənin adının bir gün Maharlika olaraq dəyişiləcəyinə inandığını bildirib.
Filippin Prezident Aparatı sözçüsü Salvador Panelo mətbuata verdiyi açıqlamada bildirib: “Ölkə rəhbəri Rodrigo Duterte Filippinin adının dəyişdirilməsi təklifini edir. Konstitusiyada Konqresin ölkənin adını dəyişdirmə, referenduma təqdimetmə və qərarçıxama haqqı var".
Qeyd edildiyinə görə, malay dilində Maharlika ölkənin malay kimliyini əks etdirir. Ölkənin adının Maharlika olaraq dəyişdirilməsi fikrini keçmiş dövlət başçısı Ferdinand Markos gündəmə gətirmişdi.