BVF-nin rәhbәri qlobal iqrisadi böhranla bağlı xәbәrdarlıq edib
Beynәlxald Valyuta Fondunun rәhbәri Kristin Laqarde qlobal iqtisadiyyatda irәlilәyişin әldә olunmadığını bildirib.

Beynәlxald Valyuta Fondunun rәhbәri Kristin Laqarde qlobal iqtisadiyyatda irәlilәyişin әldә olunmadığını bildirib.
Kristin Laqarde qlobal iqtisadiyyata tәsir göstәrәn dörd amilin ‘‘fırtına’’ya sәbәb ola bilәcәyi ilә bağlı xәbәrdarlıq edib.
Dubayda keçirilәn zirvә görüşündә çıxış edәn Laqarde ölkә rәhbәrliklәrindәn mümkün fırtınaya qarşı hazırlıqlı olmalarını istәyib.
BVF-nin rәhbәri bildirib ki, hәmin risklәr arasında ticarәtlә bağlı gәrginliklәr, әlavә gömrük vergilәri, Brexit prosesindәki qeyri-müәyyәnliklәr vә Çin iqtisadiyyatında yaşanan problemlәr var.
Kristin Laqarde ABŞ ilә Çin arasındakı ticarәt gәrginliyinin tәsirlәrinin hiss olunmağa başladığını söylәyib.
"Bu gərginliyin necə səngiyəcəyini bilmirik. Lakin bu prosesin indidən ticarət və bazarlara mәnfi tәsir göstәrdiyini görürük’’,-deyә Beynәlxald Valyuta Fondunun rәhbәri vurğulayıb.
Әlaqәli Xәbәrlәr

Yeni Zelandiyada 8,1 bal gücündә zәlzәlә baş verib
Yeni Zelandiyanın Kermandec adası yaxınlığında 8,1 bal gücündә zәlzәlә baş verib.