Venesuela ordusu hərbi təlimə start verdi

Venesuela ordusu ABŞ və bəzi ölkələr ilə gərginliyin tarıma çəkildiyi bir dövrdə 5 gün davam edəcək hərbi manevrə start verdi.

1142431
Venesuela ordusu hərbi təlimə start verdi
maduro tatbikat2.jpg
maduro tatbikat1.jpg

Manevrin Latın Amerikada, İspan rəhbərliyinə qarşı müstəqillik hərəkatına liderlik edən Simon Bolivarın “Angostura” çıxışının 200-cü ildönümünə təsadüf etdiyinə diqqət çəkilir.

Manevr münasibətiylə Miranda əyalətindəki Quaicaipuro hərbi bazasında təşkil edilən mərasimdə, Dövlət Başçısı Nicolas Maduro və Müdafiə naziri Vladimir Padrino Lopezin ilə yanaşı quru və hava qüvvələri komandirləri qatıldı.

Prezident Maduro hərbi mərasimdə: “Simon Bolivar 200 il əvvəl etdiyi çıxışında müstəqillik mübarizəsinin əsas prinsiplərini təyin etdi. Həmin əsaslar çərçivəsində 200 ildir silahlı qüvvələrimiz vətənin qürurunu və şərəfini müdafiə edir. Bu güclü ordumuz və xalqımız Donald Tramp və onun təhdidlərindən qorxmur”-deyə   maduro  vurğulayıb.

Qeyd edək ki, 15 Fevrala qədər davam edəcək manevrdə, ordunun əməliyyat hazırlığı sınaq edilir.



Әlaqәli Xәbәrlәr