Qəzza sərhədilə Misir arasındakı tuneldə ölən fələstinlilər

Qəzza sərhədilə Misir arasındakı tuneldə biri polis iki fələstinli zəhərli qaza görə həlak olub.

1142546
Qəzza sərhədilə Misir arasındakı tuneldə ölən fələstinlilər

Qəzza sərhədilə Misir arasındakı tuneldə biri polis iki fələstinli zəhərli qaza görə həlak olub.

Qəzzadakı Daxili İşlər Nazirliyinin açıqlamasına görə, bazar axşamı  Qəzza ilə Misir arasında ticarət mallarının keçidində istifadə olunun tunellərdən birində iki fələstinli həlak olub.

Ölənlərdən birinin sərhəd məntəqəsi üzərindəki tunelə nəzarət məqsədilə vəzifədə olan qəzzalı polis əməkdaşı olduğu bildirilib. Onların ölümünə isə zəhərli qazın səbəb olduğu bildirilib.

Açıqlamada həmçinin, mülki müdafiə dəstələrinin tunəldə təhlükəsizlik qüvvəsindən iki vəzifəlini xilas edərək xəstəxanaya apardığı qeyd edilib, hadisəyə dair təfərruatlı məlumat verilməyib.

Yerli mətbuatda dərc olunan xəbərlərdə isə ticarət mallarının qaçaq olaraq Qəzzaya aparıldığı tunelin Misir ordusu tərəfindən bombalandığı və fələstinli 9 işçinin itkin olduğu bildirilib.

Mülki müdafiə dəstələrinin itkin olan işçiləri xilas etmək üçün tunelə girdiyi vurğulanıb.

Misir tərəfindən isə hadisəyə dair hələ də məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr