Taliban polis bölmәsinә hücum edib, ölәn var
Bu barәdә Sari-Pul vilayәtinin Sura sәdri Mәhәmmәd Nur Rahmani mәlumat verib.
1142176

Taliban qruplaşmasının Әfqanıstanın Sari-Pul vilayәtinin Sayyad qәsәbәsindәki polis mәntәqәsinә tәşkil etdiyi hücum nәticәsindә 8 nәfәr hәlak olub.
Bu barәdә Sari-Pul vilayәtinin Sura sәdri Mәhәmmәd Nur Rahmani mәlumat verib.
Mәlumata әsasәn, silahlılar Sayyad qәsәbәsindәki iki polis mәntәqәsinә hücum ediblәr.
Hücum nәticәsindә 8 nәfәrin hәlak olduğunu bildirәn Mәhәmmәd Nur Rahmani, 4 nәfәrin dә xәsarәt aldığını qeyd edib.
Mәhәmmәd Nur Rahmani hücumdan sonra polis mәntәqәlәrinin qisa müddәt әrzindә qruplaşmanın nәzarәtinә keçdiyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr

BMT-nin İraqdakı missiyasının mandatı uzadılıb
Birləşmiş Millətlər Təşkilatının İraqadakı missiyasının (UNAMİ) mandatı bir il uzadılıb.