Efiopiyaya mәxsus hәrbi helikopter qәzaya uğrayıb

BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı helikopterdә 23 nəfər olub.

1142051
Efiopiyaya mәxsus hәrbi helikopter qәzaya uğrayıb

 

Efiopiya Hərbi Hava Qüvvələrinә mәxsus helikopter Sudanın  Abey şәhәrindә qәzaya uğrayıb.

BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı helikopterdә 23 nəfər olub.

Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Yaralılardan 3-ü ağır vəziyyətdədir.

Mәlumata әsasәn,  helikopter  Cənubi Sudanla sərhədindəki  Kaduqli şəhərinə uçurmuş.

Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.



Әlaqәli Xәbәrlәr