ABŞ və Şimali Koreya başçılarının fevralın sonu görüşəcəkləri açıqlandı

ABŞ administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqun (Stephen Biegun) bu ölkədə üç gün görüşlərdə olub.

1141870
ABŞ və Şimali Koreya başçılarının fevralın sonu görüşəcəkləri açıqlandı

  27-28 fevral tarixlərində ABŞ və Şimali Koreya başçılarının Vyetnamın paytaxtı Hanoidə görüşəcəkləri açıqlandı.

  ABŞ administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqun (Stephen Biegun) bu ölkədə üç gün görüşlərdə olub.

  Pyonqyanqdan sonra Seula keçən S.Biqun burada Cənubi Koreyanın Xarici İşlər naziri Kanq Kyonq-va (Kang Kyung-wha) və ölkənin Nüvə Məsələri üzrə nümayəndəsi Li Do-hun (Lee Do-hoon) görüşüb.  

  Biqun Kanqla olan söhbətilə bağlı "Müzakirələrimiz səmərəli keçdir. Şimali Koreyanın başçısı Kim Çen İn yeni addımlar atır. Koreya Demokratik Xalq Respublikası ilə bu gün və sabah çox işimiz var. İki tərəf də meyl göstərərsə, həqiqi irəliləmə əldə edilə bilər.”



Әlaqәli Xәbәrlәr