Ruanda  soyqırımında Fransanın rolu

Fransa, 6 Aprel 1994-cü Ruandada, Tutsilərə qarşı başladılan və təxminən 800 min adamın öldüyü soyqırımın əsas cinayətkarlarını gizlədir.

1141223
Ruanda  soyqırımında Fransanın rolu

Fransız Mediapart internet saytının "Ruanda soyqırımı: Fransanın yalanları aşkarlandı" başlıqlı xəbərində bu barədə məlumat verilib. Fransız Xarici Kəşfiyyat Xidməti DGSE-nin sənədinə istinad edilən xəbərdə Fransanın Hutu ekstremistləri tərəfindən təxminən 800 min Tutsinin öldürdüyü Ruanda soyqırımın əsl məsullarını gizlətdiyinə diqqət çəkilib. Bildirilib ki, Fransa Ruanda soyqırım zamanı və sonrasında Hutular ilə əməkdaşlıq etməkdə ittiham edilir.

1994-cü ildə təkcə 100 gündə təxminən 800 min nəfər adam Ruandada etnik Hutu ekstremistləri tərəfindən qırılmışdır. Onlar Tutsi azlığının nümayəndələrini, həmçinin, etnik mənsubiyyətindən asılı olmayaraq siyasi rəqiblərini hədəf almışdılar.

Nə üçün Hutu milisləri Tutsiləri öldürmək istəyirdilər?

Ruandanın 85% əhalisi Hutulardan təşkil olunmuş, lakin, ölkədə hakimiyyətə rəhbərlik Tutsi azlığı tərəfindən həyata keçirilirdi. 1959-cu ildə Hutular Tutsi monarxiyasını devirmiş və Uqanda daxil olmaqla 10 minlərlə Tutsi qonşu ölkələrə getməyə məcbur olmuşlar. Bir qrup Tutsi sürgünü Ruanda Vətənpərvər Cəbhəsi (RVC) adlı qiyamçı qrup formalaşdıraraq 1990-cı ildə Ruandanı işğal etmişdir. Bu döyüşlər 1993-cü ildə imzalanmış sülh sazişinə qədər davam etmişdir.

1994-cü ilin 6 aprel gecəsində Hutu əsilli prezident Yuvenal Habyarimana və onun Burundili həmkarı Sayprien Ntaryamiranı daşıyan təyyara vurulmuşdur. Hutu ekstremistləri RVC-ni günahlandırmış və dərhal yaxşı təşkil olunmuş qırğın kompaniyasına başlamışdır. RVC bildirmişdir ki, soyqırım aktına bəraət qazandırmaq üçün Hutular qəsdən təyyarəni vurmuşdur.

100 Günlük Qırğının xronologiyası

6 aprel 1994-cü il: Prezident Habyarimana təyyarə qəzasında həlak olur

7 aprel: Ruanda hərbi birləşmələri və polisi Tutsiləri öldürməyə və Hutuları sakitləşdirməyə başlayırlar

7 aprel: Tutsi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) qiyamçıları əks hücuma keçirlər

11 aprel: minlərlə insan öldürülür

17 may: BMT Təhlükəsizlik Şurasının baş verən hadisələri soyqırım aktı adlandırmasına baxmayaraq heç bir dəstək göndərilmir

22 may: RVC paytaxt Kiqalinin hava limanının nəzarətini ələ keçirir

22 iyun: Fransız qoşunlarının olmasına baxmayaraq tutsilərin öldürülməsi “təhlükəsiz” ərazidə davam etdirilir

4 İyul: RVC paytaxt Kiqalinin nəzarətini ələ keçirir


 

 



Әlaqәli Xәbәrlәr