Mövlud Çavuşoğlu: ‘‘ABŞ әsgәrlәri Suriyadan koordinasiyalı şәkildә çıxmalıdır’’

Türkiyәnin Xarici İşlәr naziri Mövlud Çavuşoğlu Suriyanı  terror tәşkilatı DEAŞ qalıqlarından tәmizlәmә  vә ABŞ әsgәrlәrinin ölkәdәn çıxma prosesinin sistemli vә koordinasiyalı şәkildә olmasının vacibliyini vurğulayıb.

1140286

Bu sözlәri Nazir Mövlud Çavuşoğlu Amerika Birlәşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilәn DEAŞ әleyhinә koalisiyanın xarici işlәr nazirlәri sәviyyәsindәki iclasında deyib.

Mövlud Çavuşoğlu çıxışında terror tәşkilatı DEAŞ-ın İraqda  mәğlub edildiyini, Suriyanın da qısa zamanda DEAŞ qalıqlarından tәmizlәnәcәyini bildirib.

‘‘Artıq bu fәlakәtin әsas sәbәblәrini anlamaq vә tәkrar etmәmәsi üçün tәdbirlәr görmәliyik’’,-deyә Türkiyәnin Xarici İşlәr naziri qeyd edib.

Mövlud Çavuşoğlu bildirib ki, Suriyanı DEAŞ-dan tәmizlәmә vә ABŞ әsgәrlәrinin ölkәdәn çıxma prosesi sistemli vә koordinasiyalı şәkildә olmalıdır.

Türkiyәnin Suriyada terrorla mübarizә çәrçivәsindә cәbhәdә mübarizә apardığını vә qaçqınların azad edilmiş bölgәlәrә geri qayıdmasını tәmin etdiyini deyәn Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyә İraq vә Suriyada sabitliyin tәmin olunması üçün hәr şey etmәyә hazırdır.

Qeyd edәk ki, iclasda 79 ölkәnin  nümayәndәsi iştirak edib.

Әlaqәli Xәbәrlәr