Əfqanıstan siyasətçiləri ilə talibançılar görüşdü
Əfqanıstan siyasətçiləri ilə terror təşkilatı Taliban nümayəndələri arasında Rusiyanın paytaxtı Moskvada keçirilən toplantıdan sonra verilən bəyanatda Taliban başçılarının beynəlxalq qara siyahılardan çıxarılmasını istəyiblər.

Əfqanıstan siyasətçiləri ilə terror təşkilatı Taliban nümayəndələri arasında Rusiyanın paytaxtı Moskvada keçirilən toplantıdan sonra verilən bəyanatda Taliban başçılarının beynəlxalq qara siyahılardan çıxarılmasını istəyiblər.
Moskvada Rusiya Əfqan Diaspor Mərkəzinin təşkil etdiyi, Əfqanıstanda müharibənin sona çatdırılması üçün keçirilən iclasda Əfqanıstan siyasətçiləri və Taliban nümayəndələri iştirak edib. Əfqanıstan hökumət nümayəndələri toplantıya qatılmayıb.
Əfqanıstanda sülhün təminatı ilə bağlı təşkil olunan iki günlük iclasdan sonra Əfqanıstan siyasətçiləri ilə Taliban nümayəndələri birgə bəyanat verib.
Ölkədə daimi sülhün təminatı üçün tərəflərə ünvanlanan bəyanatda bildirilir:
“Əfqanıstan hökuməti Amerika Birləşmiş Ştatları (ABŞ) və Taliban arasında danışıqlara dəstək təmin olunması və digər ölkələrin Əfqanıstana müdaxilə etməməsi üçün çağırış edir.
Beynəlxalq cəmiyyətin ölkədəki sülh prosesinə dəstək verməsini istəyirik.
Bu toplantının iştirakçıları Əfqanıstanda sülh danışıqlarında irəliləyiş əldə edilməsi üçün Taliban başçılarının Birləşmiş Millətlər Təşkilatı (BMT) qara siyahılarından çıxarılmasını və Qətərdə rəsmi siyasi büro açmalarını lazım bilir.”
Toplantıdan sonra mətbuat nümayəndələri qarşısında çıxış edən Əfqanıstan prezidentinin keçmiş təhlükəsizlik xidməti müşaviri və prezidentliyə namizəd Hənif Atmar deyib: “Ölkə ilə bağlı müzakirələrdə hökumətin iştirakı vacibdir... Bu gün Taliban terror təşkilatı DAEŞ-lə mübarizə aparır.”
Taliban heyətinin nümayəndəsi Şer Məhəmməd Abbas Stanikzai isə Amerika qoşunlarının Əfqanıstandan çəkilməsinə dair hələ də bir təqvimin olmadığına işarə edib: “Bu mövzuda razılaşma əldə olunmadı. Ona görə də müzakirələr davam edəcək. ABŞ əsgərləri ən qısa müddətdə ölkəni tərk etməlidir".
Әlaqәli Xәbәrlәr

Nigeriyada “Lassa”dan onlarla adam həlak oldu
“Lassa qızdırması” ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində ortaya çıxıb