Papa Fransisk Venesuela məsələsində vasitəçilik etməyə hazır olduğunu bildirdi

Katolik dünyasının dini lideri Papa Fransisk Venesuelada tərəflərin qarşılıqlı razılığa gəlib müraciət etdiyi halda vasitəçilik etməyə hazır olduğunu bildirdi.

1139560
Papa Fransisk Venesuela məsələsində vasitəçilik etməyə hazır olduğunu bildirdi

 
Katolik dünyasının dini lideri Papa Fransisk  Birləşmiş Ərəb Əmirliklərinə səfərindən Romaya qayıdarkən təyyarədə jurnalistlərə müsahibə verdi.
 
 İspaniyanın EFE informasiya agentliyinin verdiyi xəbərə görə, Papa Venesuela prezidenti Nikolas Maduronun ona göndərdiyi və ölkəsindəki hadisələrə müdaxilə etməsini xahiş etdiyi məktubunu hələ oxumadığını bildirib.
 
Papa bununla əlaqədar: " Vasitəçi ola bilməm üçün tərəflər (Venesuela prezidenti Nikolas Maduro və özünü müvəqqəti prezident elan edən parlament sədri Xuan Quaydo) razılığa gəlməlidir. İlkin şərt budur. Tərəflər istəsələr, hər zaman hazırıq" deyib.
 
 Dini lider vasitəçilikdən əvvəl bəzi addımlar atılmasının vacib olduğunu qeyd edərək: "Yalnız Vatikan deyil, bütün diplomatik tərəflər kiçik başlanğıc addımları atmalıdır. Biri yaxınlaşmaq, digəri də mümkün dialoqu başlamaq üçün. Diplomatiya belə bir işdir" deyə danışıb.
 
 Digər tərəfdən, Venesuela prezidenti Nikolas Maduro İtaliyanın "Sky 24" televiziyasına verdiyi müsahibədə Həzrəti İsanın mübarizəsinin xidmətində olduğumu söyləyərək: "Papa Fransiskə bir məktub göndərdim. Ümid edirəm ki, məktub Romaya, Vatikana çatıb, ya da çatmaq üzrədir. Papadan dialoqun gücləndirilməsi və prosesin asanlaşdırılması üçün kömək istədim"ifadəsini işlədib.



Әlaqәli Xәbәrlәr