İsrail Şərqi Qüdsdə  qanunsuz məskunlaşma prosesini davam etdirir

İsrail işğal altındakı Şərqi Qüdsdə  qanunsuz məskunlaşma çərçivəsində 13 yeni tikinti planını təsdiqlədi.

1139952
İsrail Şərqi Qüdsdə  qanunsuz məskunlaşma prosesini davam etdirir

İsrail işğal altındakı Şərqi Qüdsdə  qanunsuz məskunlaşma çərçivəsində 13 yeni tikinti planını təsdiqlədi.

İsrailin rəsmi radiosunun xəbərinə görə, İsrailə bağlı Qüds Bələdiyyəsi Tikinti və  Planlaşdırma Komitəsi Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsində13 yeni mənzilin tikilməsini nəzərdə tutan planı təsdiqlədi.

Sözügedən qanunsuz mənzillərin Şeyx Cərrahın hansı bölgəsində tikiləcəyinə dair məlumat verilmədi. Burada yaşayan fələstinli ailələrin “təzminat” ödənərək başqa bölgəyə köçürüləcəyi bildirildi.

İsrailin qanunsuz məskunlaşdığı Şərqi Qüdsdəki Şeyx Cərrah məhəlləsinin ortasında yəhudilərin “Şimon Hasidik məqbərəsi” adlandırdığı bir məqbərə var və hər gün yüzlərlə mühafizəkar yəhudi buraya gələrək ibadət edir.

Mühafizəkar yəhudilər sözügedən yerin Yəhudi bir din xadiminə məxsus məkan olduğunu irəli sürdükdə, fələstinlilər isə məkanın Qüdsdəki məşhur Hicazi ailəsinin babalarından Əş-Şeyx Sadiinin məzarı olduğunu bildirirlər.

Şeyx Cərrah mahəlləsi Şərqi Qüdsdə  qanunsuz məskunlaşdırılan israilli yəhudi qruplar tərəfindən ən çox hədəf götürən məhəllələr arasında yer alır.

İşğal altındakı Şərqi Qüdsdə 18 qanunsuz məskunlaşma yeri var. Buralarda 220 mindən çox qanunsuz məskunlaşdırılan yəhudi yaşayır.



Әlaqәli Xәbәrlәr