Almaniya hərbi  xərclərini artırır

Almaniya 2024-cü ilə qədər ümumi daxili məhsulun (ÜDM)1,5%-ni  müdafiə xərclərinə  ayırmağı  planlaşdırır.

1140099
Almaniya hərbi  xərclərini artırır

Alman xəbər agentliyi DPA-nın xəbərinə görə, Almaniya, müdafiə xərclərini  orduya daha çox əsgər   qəbul  etmək və mövcud silah sistemlərini müasirləşdirmək üçün 43 milyard avrodan 60 milyard avroya   qədər  artırmağı   nəzərdə   tutub. 

Keçən il Almaniya Müdafiə Nazirliyi  tərəfindən hazırlanan hesabata görə, nazirlik 2023-ə qədər  hərbi  xərclərin  40%   artırılmasını    tələb  edir.  Bu il  hərbi   xərclərin  43 milyard avroya   qaldırılması nəzərdə  tutulub.  Ancaq   bunun 2024-ə  qədər   60 milyard avroya  artırılması məqsəd götürüb.  Xərclərin  60 milyard avroya  qədər   qaldırılması  isə   ümumi daxili məhsulun 1,5%-i mənasını  verir.

2017-ci ildə Almaniyanın  hərbi  xərcləri ÜDM-in 1,24 faizini təşkil edib. Ancaq  NATO,   üzv  ölkələrin  hərbi  xərclərinin  ümumi daxili məhsulun 2% -i  qədər  artmasını   istəyir.

ABŞ prezidenti Donald Tramp, vəzifəyə başladıqdan  sonra mövzu  ilə  bağlı şərhində,   bəzi  ölkələrin    NATO   ilə    əlaqəli   vədlərə    əməl   etmədiklərini,   Almaniya   başda  olmaqla     digər    üzvlərin  də    hərbi   xərcləri   ÜDM-nin  2%-nə   çıxarmalarının    vacib  olduğunu,  əks  təqdirdə  buna  əməl  etməyən  ölkələr ilə    maraqlanacaqlarını  ifadə  edərək,  Alyansa   üzv   29 ölkədən   yalnız 5-i  öhdəliklərinə   əməl  edir   demişdi.  ABŞ-ın Avropanın təhlükəsizliyi üçün milyardlarla dollar pul xərclədiyinə   diqqət  çəkmişdi.  

 



Әlaqәli Xәbәrlәr