Taliban polis mәntәqәsinә hücum etdi, ölәn var

Bu barәdә Bağlan vilayәtinin Valisi Әbdulhay Nemati jurnalistlәrә açıqlamasında bildirib.

1139297
Taliban polis mәntәqәsinә hücum etdi, ölәn var

 

Әfqanıstanın Bağlan vilayәtinin mәrkәzindәki polis mәntәqәsinә tәşkil edilәn silahlı hücum nәticәsindә 10 polis әmәkdaşı hәlak olub.

Bu barәdә Bağlan vilayәtinin Valisi Әbdulhay Nemati jurnalistlәrә açıqlamasında bildirib.

Mәlumatda Taliban terrorçularının  Bağlanın mәrkәzindәki polis mәntәqәsinә hücum etdiyi vә 10 polis әmәkdaşının hәlak olduğu bildirilib.

Hadisә nәticәsindә 3 nәfәrin dә yaralandığını ifadә edәn Nemati hücumdan sonra baş verәn qarşıdurma nәticәsindә Talibanın da itki verdiyini bildirib.



Әlaqәli Xәbәrlәr