Niderlandiyada parlament üzvü müsəlman oldu

Niderlandiyada, sağcı Azadlıq Partiyası mənsubu və parlamentin keçmiş üzvü olan Joram van Klaveren müsəlman oldu.

1138729
Niderlandiyada parlament üzvü müsəlman oldu

Niderlandiya mediasının məlumatına görə, ötən il Oktyabr ayında müsəlman olan 39 yaşlı Joram van Klaverenin belə bir qərar qəbul etməsində İslam əleyhdarı kitab yazmağa başladığı prosesdə etdiyi araşdırmalar təsirli olub.

Keçmiş deputat İslam dinini qəbul etdikdən sonra qeyri-müsəlmanların İslam əleyhinə fikirlərini təkzib edən bir kitab təlif etdi.

Qeyd edək ki, 2010-2017-ci illərdə Niderlandiya milli məclisinin üzvü olan Van Klaveren, 2014-cü ildə Azadlıq Partiyasının lideri Geert Vildersin irqçi açıqlamalarına görə partiyadan istefa edərək müstəqil millət vəkili olmuşdu.



Әlaqәli Xәbәrlәr