Donald Tramp daxili işlәr naziri vәzifәsinә namizәd irәli sürüb

Bu barədə Donald Tramp şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

1138812
Donald Tramp daxili işlәr naziri vәzifәsinә namizәd irәli sürüb

 

Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp daxili işlәr naziri vәzifәsinә namizәd irәli sürüb.

Bu barədə Donald Tramp şәxsi ‘‘Twitter’’ sәhifәsindә yazıb.

Donald Tramp bu vəzifəyə ölkənin daxili işlər naziri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Devid Bernhardın (David Bernhard) namizədliyini uyğun bilib.

“Daxili işlər naziri səlahiyyətlərini icra edən Devid Bernhardın  daxili işlər naziri vəzifəsinə namizədliyi irəli sürüləcək”, - deyә Amerika Birlәşmiş Ştatlarının prezidenti bildirib.

Qeyd edәk ki, Devid Bernhard 2006-2009-cu illәrdә Daxili İşlәr Nazirliyinin müşaviri vәzifәsini icra edib.



Әlaqәli Xәbәrlәr