ABŞ fələstinlilərə edilən bütün yardımları dayandırdı

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən verilən açıqlamada Fələstin hökumətinin istəyi ilə belə bir qərar alındığı vurğulanıb.

1137412
ABŞ fələstinlilərə edilən bütün yardımları dayandırdı

 

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi İordan çayının qәrb sahili, Qəzza və İordaniyada yaşayan fələstinlilərə edilən bütün yardımların dayandırıldığını açıqlayıb.

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən verilən açıqlamada Fələstin hökumətinin istəyi ilə belə bir qərar alındığı vurğulanıb.

Xatırladaq ki, ötən il baş nazir Rami əl-Hamdallah Fələstinin məhkəməyə verilməsinin qarşısını almaq məqsədilə ABŞ-ın etdiyi yardımların dayandırılması üçün müraciət etmişdi.

Bir müddət öncə Fələstin Azadlıq Təşkilatının baş katibi Saib Ureykat bu barədə açıqlama yayaraq “Məhkəməyə çıxmağımıza səbəb olacaq pulu istəmirik” deyə bildirmişdi.



Әlaqәli Xәbәrlәr