ABŞ Meksika ilә sәrhәdә 3 min 500 hәrbçi göndәrәcәk

Amerika Birləşmiş Ştatlarının  Müdafiə Nazirliyi  qeyri-qanuni miqrantların ölkəyə girişinin qarşısının alınması üçün Meksika ilә sәrhәdә әlavә  qüvvәlәrin göndәrilәcәyini bildirib.

1136762

Amerikanın CNN telekanalının müdafiә rәsmilәrinә istinadәn yaydığı xәbәrdә Meksika ilә sәrhәdә 3 min 500 әsgәrin göndәrilәcәyi bildirilib.

Belәliklә göndәrilәcәk әlavә güvvәlәrlә Meksika ilә sәrhәddәki әsgәr sayı 5 min 800-ә yüksәlәcәk.

ABŞ prezidenti Donald Tramp  şәxsi  ‘‘Twitter’’  sәhifәsindәn verdiyi açıqlamada sәrhәdә daha çox әsgәrin göndәrilәcәyini bildirmişdi.

ABŞ Müdafiə Nazirliyinin müşavirinin köməkçisi Con Rood  Nümayəndələr Palatasının  Silahlı Xidmətlər Komitəsinin  bu hәftә keçirilәn iclasında  Daxili Təhlükəsizlik Nazirliyinin  12 mindən çox miqrantın  ABŞ-a doğru gəldiyini təsbit etdiyini açıqlamışdı.

Pentaqon  noyabr ayında Mәrkәzi  Amerikadan ABŞ-a doğru gələn qaçqın karvanına qarşı Meksika ilә sәrhәdә 5 min 900 әsgәr göndәrmişdi.

Әlaqәli Xәbәrlәr