ABŞ-da şaxta can almaqda davam edir

ABŞ-ın orta qərbində müşahidə olunan şaxtalar nəticəsində azı 21 nəfər ölüb.

1136933
ABŞ-da şaxta can almaqda davam edir

“Fox News”-un    yaydığı  məlumata  görə   bəzi insanlar küçələrdə və evlərində donublar, digərləri çovğunun səbəb olduğu qəzalar və bədbəxt hadisələr nəticəsində ölüb. Yüzlərlə insan soyuqdəymə və donvurma ilə xəstəxanalara müraciət edir.

Rokford şəhərində termometrin göstəricisi rekord dərəcədə aşağı – mənfi 34 dərəcəyə düşüb. Çikaqo da meteoroloji müşahidələrin yüz illik tarixi ərzində minimum göstərici – mənfi 29 dərəcə qeydə alınıb. Viskonsin ştatının Medison şəhərində cümə axşamı tempratur -32 dərəcə olub.

Qeyd  edək  ki,  daha əvvəl  də  ABŞ-da 12 nəfər soyuq havanın qurbanı olmuşdu.

 

 



Әlaqәli Xәbәrlәr