Malidə hərbi bazaya hücum edildi

Malidə Qao ərazisində hərbi qərargaha təşkil edilən silahlı hücum nəticəsində iki əsgər həyatını itirdi.

1135581
Malidə hərbi bazaya hücum edildi

Müdafiə Nazirliyinin hücum ilə bağlı məlumatında bildirib ki, Qao bölgəsində yerləşən Tarkint şəhərindəki Fama hərbi qərargaha silahlı şəxslər tərəfindən təşkil edilən hücum nəticəsində 10 əsgər də yaralanıb.

Qeyd edək ki, 20 Yanvar tarixində də ölkənin şimalında fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatı qüvvələrinə təşkil edilən hücum nəticəsində isə 10 əsgər həyatını itirmiş və 25-i yaralanmışdı.

 


Etiketlәr: #Mali , # silahlı hücum , #BMT

Әlaqәli Xәbәrlәr