Böyük Britaniya parlamenti Tereza Meyin təklifini qəbul etdi

Böyük Britaniyanın Avropa İttifaqından  ayrılma prosesi (Brexit) ağrılı şəkildə davam edir.

1135415
Böyük Britaniya parlamenti Tereza Meyin təklifini qəbul etdi

Böyük Britaniyanın Avropa İttifaqından ayrılma prosesi (Brexit) ağrılı şəkildə davam edir.
 
Ölkənin Baş naziri Tereza Meyin (Theresa May) yenidən parlamentə təqim etdiyi Brexit müqaviləsi qəbul edildi.
 
Təklifə görə Böyük Britaniya Avropa İttifaqından müqaviləsiz ayrılmayacaq.
 
 Təklifdə Britaniyanın hər hansı bir razılığa gəlmədən 29 martda Aİ-dən ayrılmamasını tələb edilir.
 
 Maddə qanuni olaraq bağlayıcı deyil, lakin siyasi  təzyiq yarada bilər.
 
 Qəbul edilən ikinci təklif "backstop", yəni "tədbir maddəs"i deyilən və Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında fiziki sərhədin yaradılmasının qarşısını alan  tənzimləmədir.
 
 Bunun əvəzinə alternativ tənzimləmələr üçün Aİ ilə müzakirələr aparılacaq və iki İrlandiya arasında fiziki sərhədin olmasının qarşısı alınacaq.
 
 Səsvermədən sonra açıqlama verən Baş nazir nəticələri nəzərə alacağını və Avropa İttifaqı ilə danışıqlarda bu fikirləri müzakirə edəcəklərini bildirdi.
 
 Mey Müxalifət Partiyasının lideri Ceremi Korbini (Jeremy Corby) görüşə dəvət etdi.
 
 Daha əvvəl görüş təklifini rədd edən Korbin bu dəfə təklifi qəbul etdiyini açıqladı.
 
 Bundan sonrakı mərhələdə Böyük Britaniya Avropa İttifaqı ilə yeni danışıqlara başlayacaq.
 
 Baş nazir Mey fevralın 13-ə qədər Aİ ilə yeni bir razılaşma əldə edə bilməsə, 14 fevral tarixində parlamentdə yeni bir təklif ilə çıxış edəcək.
 
Lakin Aİ yeni müzakirələrin tərəfdarı deyil.
 
 Avropa Şurasının sədri Donald Tusk səsvermədən sonra açıqlama verərək "tədbir maddəsi"nin müqavilənin bir hissəsi olduğunu və müqavilənin yenidən müzakirəyə açıq olmadığını bildirdi.
 
 Fransa prezidenti Emmanuel Makron da mövcud Brexit müqaviləsinin təkrar müzakirəyə açılmayacağını vurğuladı.
 
 İrlandiya Respublikası da "tədbir maddəsi"nin vacib olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr