Təcili qida yardımına möhtac ölkələr

Qarşıdurmalara səhnə olan 8 ölkədə qida çatışmazlığı artıb və 56 milyon insan təcili yardım möhtacdır. Bu Dünya Qida Proqramı və BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının birgə yaydıqları hesabatda bildirilib.

1134867
Təcili qida yardımına möhtac ölkələr

Əfqanıstan, Orta Afrika Respublikası, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Yəmən kimi ölkələrdə keçən il qarşıdurmalar səbəbiylə qida çatışmazlığının artığına diqqət çəkilən hesabatda, Suriya başda olmaqla Somali və Çad Gölü hövzəsində təxminən 56 milyon insanın təcili qida yardımına möhtac olduğu vurğulanıb.

Hesabatda həmçinin qeyd edilib ki, qarşıdurmaların davam etdiyi bölgələrdə qida çatışmazlığının əhəmiyyətli səbəblərindən biri də hümanitar yardım təşkilatı işçilərinin şiddətə məruz qalmaları və yardımların vaxtında çatdırılmasının qarşısının alınmasıdır. Hesabata görə ən ağır böhran Yəməndə yaşanır.



Әlaqәli Xәbәrlәr