Rusiya ABŞ-ın Venesuelaya qarşı sanksiya qərarını tənqid etdi

Rusiya Amerika Birləşmiş Ştatlarının Venesuela dövlət neft şirkəti  PDVSA-yə sanksiya tətbiq olunması barəsindəki qərarını tənqid etdi.

1135133
Rusiya ABŞ-ın Venesuelaya qarşı sanksiya qərarını tənqid etdi

Rusiya Amerika Birləşmiş Ştatlarının Venesuela dövlət neft şirkəti  PDVSA-yə sanksiya tətbiq olunması barəsindəki qərarını tənqid etdi. 

Kremlin sözçüsü Dimitriy Peskov paytaxt Moskvada bu barədə açıqlama verərək  Venesuelanın prezidenti Nikolas Maduronun ligimtiliyini qəbul etməyən ABŞ rəhbərliyinin Venesuelaya sanksiya tətbiq olunması ilə bağlı qərar qəbul etdiyini söylədi.

Vaşinqtonun tez-tez iqtisadi məhdudiyyətlərə əl atdığını vurğulayan Peskov:"Biz bunun doğru olmadığını düşünürük. Biz bu addımları ədalətsiz rəqabətin təzahürü kimi dəyərləndiririk. Bu sanksiya qeyri-qanuni olmaqla yanaşı, Venesuelanın daxili işlərinə müdaxilə cəhdidir" dedi.

ABŞ-ın Venesuelaya qarşı qəbul etdiyi sanksiya qərarı səbəbindən Rusiyanın ata biləcəyi addımlardan danışan Peskov: "Əlbəttə ki, beynəlxalq hüquq çərçivəsində maraqlarımızı qoruyacağıq. Lazımi mexanizmlərdən istifadə edəcəyik" deyə bildirdi.

 Venesuelaya qarşı hərbi müdaxilə ehtimallarını "qəbul edilməz" olaraq səciyyələndirən Dimitriy Peskov: "Buna işarə edən söyləyntilər Venesuelada mövcud vəziyyətin yaxşılaşmasına səbəb olmur" dedi.



Әlaqәli Xәbәrlәr