Hindistanda tәhlükәsizlik qüvvәlәri ilә üsyançılar arasında qarşıdurma, ölәn var

Bu barәdә yerli polis mәlumat yayıb.

1134760
Hindistanda tәhlükәsizlik qüvvәlәri ilә üsyançılar arasında qarşıdurma, ölәn var

 

Hindistanda tәhlükәsizlik qüvvәlәri ilә Maocu üsyançılar arasında baş verәn qarşıdurma nәticәsindә 5 üsyançı hәlak olub.

Bu barәdә yerli polis mәlumat yayıb. Mәlumata әsasәn, hadisә Hindistanın Carkhand ştatının Rotkatoli kәndi yaxınlığında baş verib. Mәlumatda hәmçinin qarşıdurmanın sabah saatlarında baş verdiyi bildirilib.

Qarşıdurma nәticәsindә üsyançılara mәxsus sila-sursatın әlә keçirildiyi vurğulanıb.

Qeyd edәk ki, Maocu üsyançılar 1967-ci ildәn etibarәn Hindistanda hücumlar hәyata keçirir.



Әlaqәli Xәbәrlәr