ABŞ-dan Venesuela neft şirkətinə sanksiya qərarı

Venesuela prezidenti Nikolas Maduronun legitimliyini qəbul etməyən ABŞ, “PDVSA” (Petroleos de Venezuela) neft şirkətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul etdi.

1134919
ABŞ-dan Venesuela neft şirkətinə sanksiya qərarı

Sanksiya qərarı Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri John Bolton və ABŞ maliyyə naziri Steven Mnuchin tərəfindən elan edildi.

Bolton Ağ Evdə təşkil edilən birgə mətbuat konfransında, daha Maduronu legitim lider qəbul etmədiklərini, Juan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi rəsmiyyətdə tanıdıqlarını bildirib.

Bolton, Venesuelaya istiqaməti hərbi müdaxilə variantların olub olmadığına dair suala isə "Venesuela mövzusu ilə əlaqəli bütün variantlar gündəmimizdə” deyə cavabladı. Bolton qeyd edib ki, müvəqqəti prezident Quaidonu indiyə dək 20-dən çox ölkə rəsmiyyətə tanıyıb. Digər ölkələr də bu yolu izləməlidilər.

Maliyyə naziri Mnuchin də Maduronun ligitimliyini itirdiyini, bu çərçivədə “PDVSA” neft şirkəti də sanksiya siyahısına daxil edildi.

Ölkənin ən əhəmiyyətli gəlir mənbəyi olaraq bilinən şirkətə sanksiya tətbiqi ilə Maduro rəhbərliyinə istiqamətli təzyiqin daha da artacağının göstəricisi olaraq xarekterizə edilir.



Әlaqәli Xәbәrlәr