Yunanıstandan  "Türk axını" ilə bağlı açıqlama

Yunanıstan Xarici İşlər Naziri vəkili Yorqos Katrouqalos Avropa İttifaqının "Şimal Axını 2" qaz layihəsi və  "Türk axını" layihələrinə eyni qanunlar tətbiq etmənin məntiqli olduğunu bildirdi.

1134580
Yunanıstandan  "Türk axını" ilə bağlı açıqlama


Yunanıstan Xarici İşlər Naziri vəkili Yorqos Katrouqalos Afina Enerji Forumu çərçivəsində iştirak etdiyi bir paneldə Avropadakı qaz layihələri barəsində fikir bildirdi.
 
 Rusiya qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək  "Türk axını"  təbii qaz kəməri layihəsinə dair Avropa İttifaqında bəzi tərəddüdlərin olduğunu, lakin qanunların hər halda bərabər tətbiq edilməsinin doğru olacağını qeyd edən Katrouqalos: "Biz Avropada qaz bazarı üçün yüz faiz vəsait müxtəlifliyini dəstəkləyirik. Bu məsələ ilə bağlı bir şübhəmiz yoxdur. Lakin "Şimal Axını 2" də nə tətbiq olunursa, "Türk axını" üçün də eyni qanunar keçərli olmalıdır.  Çünki tamamilə eyni layihələrdir" dedi. 
 
 "Türk axını" 15,75 milyard kubmetr tutuma malik iki xətdən ibarət olacaq. Layihədə ikinci xəttin Yunanıstan vasitəsilə İtaliyaya, və ya Bolqarıstan üzərindən Serbiyaya çatdırılması qiymətləndirilir.
 
 Dəyəri 10 milyard avro həcmində olması gözlənilən Şimal Axını 2" layihəsi  ilə isə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizi üzərindən Almaniyaya nəql edilməsi planlaşdırılır. Layihədə boruların çəkilməsi işləri davam edir.
 
 



Әlaqәli Xәbәrlәr