Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının Venesuelaya dair iclasına qatılacaq

Bu barәdә ABŞ Dövlәt Departamentindәn verilәn mәlumatda bildirilib.

1133595
Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının Venesuelaya dair iclasına qatılacaq

 

Amerika Birləşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo) Birlәşmiş Millәtlәr Tәhlükәsizlik Şurasının Venesuelaya dair iclasına qatılacaq.

Bu barәdә ABŞ Dövlәt Departamentindәn verilәn mәlumatda bildirilib.

“Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ hökumətinin Venesuela xalqının dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələri və beynəlxalq birliyi Venesuelanın özünü prezident səlahiyyətlərinin müvəqqəti icraçısı elan etmiş Xuan Quaydonu tanımaqla beynəlxalq sülh və təhlükəsizliyə dəstək verməyə israrla çağıracaq. Habelə keçid hökumətinin demokratiyanı və hüquqi asayişi bərpa etmək istiqamətindəki səylərinin dəstəklənməsini istəyəcək”, - deyə Dövlət Departamentinin məlumatında vurğulanır.

Qeyd edәk ki,  Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib.

ABŞ başda olmaqla  Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta-Rika və Qvatemala  Xuan Quaydonu tanıdıqlarını elan etmişdilәr.

 Hazırkı Prezident Nikolas Maduro isə Venesuela xalqına müraciət edərək  ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib və bu ölkənin diplomatlarına Venesueladan çıxmaları üçün 72 saat möhlət verildiyini qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr