Nikolas Maduro Venesuelanın ABŞ-dakı bütün diplomatik heyətini geri çağırıb

Venesuela prezidenti Nikola Maduro ölkәnin ABŞ-dakı sәfirliyini vә bütün konsulluqları  bağlamaq haqqında qәrar qәbul edib.

1132707
Nikolas Maduro Venesuelanın ABŞ-dakı bütün diplomatik heyətini geri çağırıb

 

Venesuela prezidenti Nikola Maduro ölkәnin ABŞ-dakı sәfirliyini vә bütün konsulluqları  bağlamaq haqqında qәrar qәbul edib.

Nikola Maduro ölkәsinin Amerika Birlәşmiş Ştatları ilә diplomatik әlaqәlәri kәsdiyini deyib.

‘‘Mәn Venesuelanın ABŞ-dakı sәfirlik  vә bütün konsulluqlarını bağlamaq qәrarına gәldim. Venesuelanın ABŞ-dakı diplomatik korpusunun nümayәndәlәrini geri çağırırıq.Şәnbә günü gәlәcәklәr’’,-deyә Nikola Maduro vurğulayıb.

Qeyd edәk ki,  Venesuela müxalifətinin lideri Xuan Quaydonun yanvarın 23-də Karakas şəhərində keçirilən mitinq zamanı dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürdüyünü elan etməsi ilə ölkədə vəziyyət gərginləşib.

Hazırkı Prezident Nikolas Maduro isə Venesuela xalqına müraciət edərək  ABŞ-la diplomatik əlaqələri kəsdiyini bildirib və bu ölkənin diplomatlarına Venesueladan çıxmaları üçün 72 saat möhlət verildiyini qeyd edib.

Ölkənin bütün bölgələrini əhatə edən aksiyalar keçirilir, ölən və yaralananlar var.



Әlaqәli Xәbәrlәr