ABŞ Venesueladakı diplomatlarının bir hissəsini geri çağırdı

ABŞ Dövlət Departamenti Venesueladakı diplomatlarının bir hissəsini geri çağırdı.

1132713
ABŞ Venesueladakı diplomatlarının bir hissəsini geri çağırdı

ABŞ Dövlət Departamenti Venesueladakı diplomatlarının bir hissəsini geri çağırdı.

Ölkənin KİV-də yer tutan xəbərlərə görə,  Venesuelanı fəaliyyəti təcili xaraktər daşımayan diplomatlar tərk ədəcək.

Buna səbəb kimi nümayəndəliklərdə işləyən 150-yə yaxın diplomatın təhlükəsizliyinin təmin edilməsinin çətin olması göstərilib. Amerika hökumətinin Venesueladakı vətəndaşlarına təcili xidmət göstərmək imkanları hazırda məhdudlaşdırılıb. Ancaq paytaxt Karakasdakı Sefirliyin fealiyyetlerini davam etdireceyi bildirilib.

Qeyd edək ki,  Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Venesuela Dövlət başçısı Nikolas Maduro ABŞ-ın Venezuelada çevrilişə cəhd etməsi səbəbindən bu ölkə ilə bütün əlaqələri kəsdiyini və diplomatlarının Venesuelanı tərk etmələri üçün 72 saat vaxt verdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr