ABŞ BMT TŞ-nı təcili yığıncağa çağırdı

Amerika Birləşmiş Ştatları Venezuelada yaranan böhranı müzakirə etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını təcili yığıncağa çağırdı.

1132910
ABŞ BMT TŞ-nı təcili yığıncağa çağırdı

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin Tvitter hesabından yayılan açıqlamada, BMT Təhlükəsizlik Şurası şənbə günü (26 Yanvar) yerli vaxta görə saat 09: 00-da yığıncağa dəvət edilib.

ABŞ dövlət departamentinin rəhbəri Mike Pompeonun da yığıncağa iştirakı gözlənir.

Qeyd edək ki, Venesuelada iki gün əvvəl müxalifət və iqtidar tərəfdaşlarının təşkil etdiyi mitinqlər, ölkə və bölgədə diqqətləri cəlb edən hadisələrin yaranmasına gətirib çıxardı. Milli Məclisin rəhbəri Guaido, müxaliflərin mitinqində özünü müvəqqəti dövlət başçısı elan etdi və başda ABŞ olmaqla Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala kimi ölkələr tərəfindən rəsmiyətə tanındı. Ölkənin dövlət başçısı Nicolas Maduro isə paytaxt Karakasdada minlərlə tərəfdarına müraciət edərək, ABŞ ilə bütün əlaqələrə son qoyduğunu, diqlomatlarına ölkədən çıxmaları üçün 72 saat möhlət verdiyini açıqladı.

 

 



Әlaqәli Xәbәrlәr