Rusiyadan ABŞ-a Venesuela ilə bağlı xəbərdarlıq

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Amerika Birləşmiş Ştatlarına Venesuelaya  mümkün hərbi müdaxilə ilə bağlı xəbərdarlıq edərək: "Belə bir bir addım fəlakətli ssenarisi olar" dedi.

1132445
Rusiyadan ABŞ-a Venesuela ilə bağlı xəbərdarlıq


Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ tərəfindən Venesuela Parlamentinin sədri Xuan Quaydonu (Juan Guaido) ölkənin "müvəqqəti prezidenti" kimi tanınması ilə bağlı fikir bildirdi.
 
 ABŞ və bəzi ölkələrin müxtəlif bəhanələrlə Venesuelaya qarşı təzyiqi artırdığını qeyd edən Ryabkov: "Bölgədəki ölkələr arasındakı fərqliliklərin dərinləşməyə meylli olduğunu müşahidə edirik" deyə danışdı.
 
 Rusiyanın Venesuela ilə əməkdaşlığını dayandırmayacağını vurğulayan Ryabkov: "Venesuela bizim strateji tərəfdaşımızdır və bu şəkildə qalmağa davam edəcək. Suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipini Venesuela ilə birlikdə qoruyacağıq" dedi.
 
 Qeyd etmək lazımdır ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo (Juan Guaido) dövlət başçısı Nikolas Maduro hökumətini tanımadıqlarını bildirərək, özünü müvəqqəti prezident elan edib.
 
 ABŞ prezidenti Donald Tramp da ötən gün verdiyi açıqlamada Quaydonu ölkənin "müvəqqəti prezidenti" kimi tanıdığını bildirib.



Әlaqәli Xәbәrlәr