Vladimir Putin Şinzo Abe ilә görüşüb

Rusiya prezidenti Vladimir Putin Yaponiya ilә sülh razılaşmasının әldә olunması üçün sәylәr göstәrdiklәrini deyib.

1131558
Vladimir Putin Şinzo Abe ilә görüşüb

 

Rusiya prezidenti Vladimir Putin Yaponiya ilә sülh razılaşmasının әldә olunması üçün sәylәr göstәrdiklәrini deyib.

Vladimir Putin Yaponiya Baş naziri Şinzo Abe ilә paytaxt Moskvada keçirdiyi vә üç saat davam edәn görüşdәn sonra jurnalistlәrә açıqlama verib.

Şinzo Abe ilә konstruktiv görüş keçirdiklәrini deyәn Vladimir Putin:

‘‘Görüşdә sülh razılaşmasının әldә olunması ilә bağlı  mәsәlәni müzakirә etdik. Ölkәlәrimiz arasında  sülh razılaşmasının әldә olunması üçün sәylәr göstәririk. Mәqsәdimiz Yaponiya ilә Rusiya arasındakı әlaqәlәri inkişaf etdirәcәk razılaşmanın әldә olunmasını tәmin etmәkdir’’ deyә qeyd edib.

Şinzo Abe ilә noyabr ayında Sinqapurda görüşdüklәrini xatırladan Vladimir Putin deyib:

‘‘Bu görüşdә Yaponiya ilә Sovet ittifaqı arasında 1956-cı ildә әldә olunan sülh razılaşması ilә bağlı müzakirәlәri davam etdirmәk ilә bağlı qәrar qәbul etdik. Bu gün keçirdiyimiz görüşdә  dә Rusiya olaraq buna müsbәt baxdığımızı qeyd etdik’’

Yaponiya Baş naziri Şinzo Abe isә  Rusiya ilә Kuril adalarındakı birgә iqtisadi fәaliyyәtlәrin hәyata keçirilәcәyini deyib.

‘‘Ölkәlәrimiz arasındakı hәrbi sahәdәki әmәkdaşlığı da hәyata keçirәcәyik. Sülh razılaşması ilә bağlı müzakirәlәrimizi davam etdirәcәyik. Bu mәsәlә ilә bağlı fevral ayında nazirlәr sәviyyәsindә görüşlәr keçirәcәyik’’,-deyә Yaponiya Baş naziri vurğulayıb.



Әlaqәli Xәbәrlәr