Şimali Koreya ABŞ-ı tənqid etdi

Şimali Koreya əsgərlərinin bu ölkədə qalması üçün Cənubi Koreyadan daha çox pul tələb edən Amerika Birləşmiş Ştatlarını tənqid etdi.

1131512
Şimali Koreya ABŞ-ı tənqid etdi

Şimali Koreya əsgərlərinin bu ölkədə qalması üçün Cənubi Koreyadan daha çox pul tələb edən Amerika Birləşmiş Ştatlarını tənqid etdi.
 
 Şimali Koreyanın rəsmi "Rodong Sinmun" qəzetində dərc olunan yazıda Vaşinqton rəhbərliyinin Cənubi Koreyada yerləşən 28 mindən çox ABŞ əsgərinin xərclərinin bölgüsü məsələsində Cənubi Koreyanın daha çox iştirakını istəməsini "dövrə uyğun olmayan" bir tələb kimi səciyyələndirildi.
 
 Yazıda bu tələbin Koreya yarımadasında hərbi gərginliyin azaldılmasına qarşı davam edən səylərə zidd olduğu da ifadə edildi.
 
 ABŞ və Cənubi Koreya arasında dekabr ayında müddəti başa çatan əvvəlki müqavilədə Seul rəhbərliyinin ABŞ-ın hərbi mövcudluğu üçün ödəməsi lazım olan məbləğ ildə 848 milyon dollar idi.
 
 Vaşinqton rəhbərliyinin yeni müqavilədə Seulun iştirak payında 50 % artım tələb etdiyi bildirilir.
 
 ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen Inın fevral ayının sonunda görüşü gözlənilir.
 
 Tramp ilə Kim ilk dəfə ötən il iyunun 12-də Sinqapurda görüşmüş, Şimali Koreyanın nüvə silahlarından təmizlənilməsi mövzusunda razılığa gəlmişdilər.



Әlaqәli Xәbәrlәr