“İsrail  ilə Fələstin sülhünə dair səylərimiz davam edir”:ABŞ

ABŞ İsrail ilə Fələstin arasındakı əsas problemlərə həll yolu tapıla biləcəyinə inanır. Bunu İsveçrədə keçirilən 49-cu Ümumdünya İqtisadi Forumun xüsusi iclasına videokonfrans vasitəsilə qatılan dövlət katibi Pompeo deyib.

1131199
“İsrail  ilə Fələstin sülhünə dair səylərimiz davam edir”:ABŞ

Pompeo, Fələstin və İsrail arasında sülhün bərpası planına dair ünvanlanan suala "Əsrin müqaviləsi" adı verilən layihəyə istinad edərək: “ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Jared Kushner və Beynəlxalq Müzakirələr üzrə xüsusi nümayəndəsi Jason Greenblatt ilə sülhün bərpasına dair səylərimiz davam  edir və bu istiqamətdə əhəmiyyətli işlər aparılır.

Fələstin və İsrail müzakirə stalunda əyləşmək məcburiyyətindədilər. İsraildəki seçkilərdən dərhal sonra tərəflər arasında konstruktiv dialoq yaradmaq üçün lazımlı addımları atacayıq. Fələstin və İsrail arasındakı problemlər on illərdir davam edir. Ancaq uzun müddətdir dünyanı narahat edən bu problemlərin həllinə yaxınlaşdığımıza inanıram” -deyə ABŞ dövlət katibi Pompeo vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr