Rusiya vә NATO-ya üzv dövlәtlәrin sәfirlәri Brüsseldә görüşәcәk

Bu barәdә NATO rәsmilәrinin verdiyi mәlumatda bildirilib.

1130387
Rusiya vә NATO-ya üzv dövlәtlәrin sәfirlәri Brüsseldә görüşәcәk

 

Rusiya vә NATO-ya üzv dövlәtlәrin sәfirlәri cümә günü Belçikanın paytaxtı Brüsseldә görüş keçirәcәklәr.

Bu barәdә NATO rәsmilәrinin verdiyi mәlumatda bildirilib.

Mәlumata әsasәn, NATO-Rusiya Şurası Rusiya ilә siyasi dialoqun davam etmәsini tәmin etmәk üçün iclas  keçirәcәk.

İclasın tarixi rәsmi Moskva ilә aparılan danışıqlar nәticәsindә müәyyәnlәşdirilib.

İclasın   Amerika Birlәşmiş Ştatlarının Rusiyaya Orta Mәnzilli Nüvә Müqavilәsi ilә bağlı öhdәliklәrini yerinә yetirmәsi ilә әlaqәdar  verdiyi 60 günlük müddәtin başa çatmasına yaxın keçirilmәsi diqqәt çәkib.

Qeyd edәk ki, ABŞ-ın Rusiyaya müqavilә ilә bağlı öhdәliklәrini yerinә yetirmәsi üçün verdiyi müddәt Fevralın 2-dә başa çatır.

2002-ci ildә yaradılan Rusiya-Nato Şurası tәrәflәrin birgә tәhlükәsizlik mәsәlәrindә fikir mübadilәsi aparmaları vә әmәkdaşlıq etmәlәri  üçün imkan verir.



Әlaqәli Xәbәrlәr