Rusiya, ABŞ-ın Taliban ilə danışıqlarına  münasibət bildirib

Moskva ABŞ-ın Taliban təşkilatı ilə danışıqlara başlamağına ehtiyat ilə yanaşır. Bunu Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov deyib.

1130889
Rusiya, ABŞ-ın Taliban ilə danışıqlarına  münasibət bildirib

Kabulov, Ria xəbər agentliyinə verdiyi açıqlamad, Əfqanıstan, ABŞ və Taliban arasındakı danışıqlara münasibət bildirib.

Talibanın danışıqlarda ən əsas şərtinin xarici qüvvəlirin Əfqanıstandan çıxmaları olduğunu ifadə edən Kabulov: “Danışıqların fəallıq qazanmasını müsbət qarşılayırıq. Əgər Amerikalılar əsas məsələləri Taliban ilə müzakirə etməkdə hazırdırlarsa bu yüksək qiymətləndirilməlidir. Ancaq görüşlərin müsbət nəticələnməsi üçün bir sıra problemlər aradan qaldırılmalıdır. Bu da məsələyə ehtiyatla yanaşmağımıza səbəb olub.

Qeyd edək ki, Əfqanıstanda sülhün bərpasına dair keçən gün Qətərin paytaxtı Dohada Taliban ilə ABŞ arasında danışıqlar olmuşdu.



Әlaqәli Xәbәrlәr