İsrail ordusu Qəzzada hərbi məntəqəni vurdu

İsrail ordusu mühasirədə saxladığı Qəzza zolağı sərhədindəki əsgərlərinə açılan atəşə cavab olaraq “Həmas”ın hərbi qanadı İzzəddin Əl-Kassam briqadalarına məxsus bir hərbi məntəqəni tankdan açılan atəşlə vurub.

1130962

Ordunun açıqlamasında bildirilib: “Qəzza sərhədindəki əsgərlərimizə atəş açıldı. Buna cavab olaraq “Həmas”a məxsus bir hərbi məntəqəsi İsrail ordusunun tankından açılan atəşlə vuruldu.

Açıqlamada açılan atəş nəticəsində İsrail əsgərlərindən xəsarət alan olmadığı bildirilib, hadisəyə dair təfərruatlı məlumat verilməyib.

Yerli qaynaqlar isə İsrail hücumunda Qəzzanın şimalındakı Beyt Xanun məntəqəsində Kassam briqadasına məxsus bir nöqtənin vurulduğunu bildiriblər.

Hücum nəticəsində xəsarət alan olmadığı vurğulanıb.

“Həmas” idarəsi isə hücuma dair hələ açıqlama yaymayıb.

Qeyd edək ki, İsrail 2 milyona yaxın fələstinlinin yaşadığı  Qəzza zolağını 2006-cı ildən bəridir quru, hava və dənizdən mühasirədə saxlayır.

Әlaqәli Xәbәrlәr