Almaniya ilə Fransa arasında yeni razılaşma imzalanır

Almaniya və Fransa Elysee müqaviləsinin 56-cı ildönümündə yeni bir razılaşma imzalayacaqlar. Razılaşma ilə iki ölkə arasındakı əməkdaşlığın inkişafı planlaşdırılır.

1130465
Almaniya ilə Fransa arasında yeni razılaşma imzalanır

Məlumata görə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Macron, bu gün Almaniyanın Axen şəhərində baş tutacaq tədbirdə əməkdaşlıq müqaviləsi imzalayacaqlar. Bildirilir ki, 22 Yanvar 1963-cü ildə dövrün Almaniya prezidenti Konrad Adenauer və Fransa prezidenti Charles De Gaullenin imzaladıqları Elysee müqaviləsindəki faktlar nəzərə alınaraq hazırlanan razılaşma mətni 28 maddədən ibarətdir.

450 kilometr ortaq sərhəddə sahib olan və keçmişdə dəfələrlə bir-birlərinə müxalif cebhələrdə iştirak edən iki ölkənin imzalayacağı yeni razılaşma ilə əlaqələri inkişaf etdirmək, 21-ci əsrdə həm iki özlərinin həm də Avropanın qarşı-qarşıya gəldiyi problemləri aradan qaldırmaq başda olmaqla iqtisadiyyat, müdafiə və təhlükəsizlik siyasətləri, mədəniyyət, təhsil, araşdırma, texnologiya, süni zəka, iqlim və ekologiya sahələrində əməkdaşlığı gücləndirmək məqsəd götürülüb.

Razılaşma mətnində vurğulanıb ki, Avropa İttifaqında qərarların müzakirə və qəbulunda iki ölkə ortaq fikir bəyan etsin.

Digər tərəfdən iki ölkənin müxalifət partiyaları belə bir müqavilənin imzalanmasından müxalif olduqlarını bildiriblər. Fransa müxalifəti razılaşmanın ölkəyə xəyanət olduğunu irəli sürərkən, Almaniyadakı müxalifət isə bunun yalnız niyyət mətni olmasının lazım gəldiyi nəzərindən müdafiə edib.



Әlaqәli Xәbәrlәr