ABŞ Rusiyanı SSC-8 tipli raketlərini  məhv etməyə çağırdı

Amerika Birləşmiş Ştatları Rusiyaya Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsinin (INF) davam etdirilməsi üçün SSC-8 tipli  raketlərini  məhv etməyə çağırdı.

1130125
ABŞ Rusiyanı SSC-8 tipli raketlərini  məhv etməyə çağırdı

 

Amerika Birləşmiş Ştatlarının Tərksilah Konfransındakı daimi nümayəndəsi, səfir Robert Vud (Robert Wood)  Birləşmiş Millətlər Təşkilatının tərksilah konfransındakı çıxışında: " Təəssüf ki, ABŞ-ın silahlara nəzarət öhdəlikləri məsələsində Rusiyaya inamsızlığı artır. Dünyadakı məcbur və pis niyyətli aksiyaların gərginliyi artırdığı müşahidə olunur" dedi.
 
 Donald Tramp rəhbərliyinin Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsini (INF) birtərəfli şəkildə ləğv etmə palnından danışan Vud Rusiyanı müqavilənin davam etməsi üçün SSC-8 tipli raketləri məhv etməyə çağırdı.



Әlaqәli Xәbәrlәr