Taliban polis mәntәqәsinә hücum etdi, 7 nәfәr hәlak oldu

Yerli mәnbәlәrin mәlumatına әsasәn, Taliban qruplaşması Farah vilayәtinin mәrkәzindә yerlәşәn Kariz Şayha polis mәntәqәsinә hücum edib.

1129106
Taliban polis mәntәqәsinә hücum etdi, 7 nәfәr hәlak oldu

 

 

Әfqanıstanın qәrbindәki Farah vilayәtindәki polis mәntәqәsinә Taliban qruplaşması tәrәfindәn tәşkil edilәn hücum nәticәsindә 7 polis әmәkdaşı hәlak olub.

Yerli mәnbәlәrin mәlumatına әsasәn, Taliban qruplaşması Farah vilayәtinin mәrkәzindә yerlәşәn Kariz Şayha polis mәntәqәsinә hücum edib.

Hücum nәticәsindә 7 polisin hәlak olduğu, 6 polisin dә yaralandığı bildirilib.

Talibandan verilәn açıqlamada isә hücum nәticәsindә 7 polisin öldüyü, 7 polisin dә girov götürüldüyü vurğulanıb.



Әlaqәli Xәbәrlәr