"Taliban sülh mövzusu ilə bağlı görüşmək istəsə, görüşəcəyik, döyüşmək istəsə, döyüşəcəyik"

Bunu Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyində mətbuat konfransı keçirərkən söylədi.

1127424
"Taliban sülh mövzusu ilə bağlı görüşmək istəsə, görüşəcəyik, döyüşmək istəsə, döyüşəcəyik"

 

Amerika Birləşmiş Ştatlarının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Halilzad Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyində mətbuat konfransı keçirdi.

Hallizad sülh danışıqlarına başlanması üçün Taliban təşkilatına təzyiq etmənin vacibliyini qeyd edərək: "Əgər Taliban sülh mövzusu ilə bağlı görüşmək istəsə, görüşəcəyik, döyüşmək istəsə, döyüşəcəyik" dedi.
 
 Bölgə ölkələrinin sülh danışıqlarını dəstəklədiyini ifadə edən Halilzad bu mövzuda ən qısa zamanda bir irəliləyiş olacağına ümid etdiklərini bildirdi.
 
Xüsusi nümayəndə Taliban ilə apardığı danışıqlarda ABŞ-ın Əfqanıstandakı bazalarının uzunmüddətli olduğunu söyləmədiyini və ölkəsinin də buna meylli olmadığını vurğuladı.
 
 Halilzad: "ABŞ Əfqanıstan ilə uzunmüddətli və əhatəli bir münasibətlər yaratmaq istəyir. Bu münasibətlər hərbi, diplomatik və iqtisadi əlaqələrdən ibarət olacaq" ifadəsini işlətdi.
 
 Əfqanıstan prezidenti Əşrəf Qəninin rəhbərlik etdiyi hökumət üçün böyük təhdid olan Taliban təşkilatı hazırda ölkənin bir çox bölgəsində hakimiyyətini qoruyur.
 
 Hökumət ötən illərdə dəfələrlə Taliban ilə sülh danışıqlarına başlamaq üçün səy göstərib və bu çərçivədə Sülh Şuras Ofisi qurmasına baxmayaraq hələ ki, bir nəticəyə əldə edilməyib.
 
Sabiq prezident Həmid Kərzai dövründə Əfqanıstan rəhbərliyi ilə Taliban arasındakı danışıqların Qətərin paytaxtı Dohada 2013-cü ilin iyun ayında keçirilməsi planlaşdırılırdı. Lakin Taliban ofisə "Əfqanıstan İslam Əmirliyi" tablosununu və qondarma bayrağını asdığı üçün əfqan hökuməti danışıqlardan imtina etmişdi.
 
 Ofis bir aydan da qısa bir müddətdə bağlanmış və beləliklə, sülh danışıqları təxirə salınmışdı.



Әlaqәli Xәbәrlәr